Mahir Emreli: "Heç vaxt belə oynamamışam"

19 İyun 2021 14:00 Bizimkilər 1 729
Mahir Emreli: "Heç vaxt belə oynamamışam"

Azərbaycan millisinin futbolçusu Mahir Emreli “Leqiya”nın heyətində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu Avstriya Regional Liqasının Zalsburq bölgəsində çıxış edən “Bişofşofen” ilə yoxlama matçının start heyətində yer alıb.

O, ilk yarıda üç dəfə rəqib qapısına yol tapmağı bacarıb: 6-cı, 22-ci və 36-cı dəqiqələrdə fərqlənib. Mahir Emreli 60-cı dəqiqədə əvəzlənib.

Oyun isə komandasının rəqibi üzərində 5:0 hesablı darmadağını ilə yekunlaşıb. Forvard Varşava təmsilçisinin topla oynamağı sevdiyini söyləyib:

"Heç vaxt belə taktika ilə oynamamışam. Altı il ərzində "Qarabağ"da 4-3-3 sistemində çıxış etdim.

İndi bir az fərqli taktika ilə oynayırıq, buna uyğunlaşmalı və necə oynayacağımı bilməliyəm. Hər şeyi mənə addım-addım izah edəcəyini söyləyən baş məşqçi ilə danışıram".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"