Azərbaycan millisinin futbolçusu Türkiyənin debütant klubunda?

18 İyun 2021 14:20 Bizimkilər 1 077
Azərbaycan millisinin futbolçusu Türkiyənin debütant klubunda?

"Sabah"a məxsus olan Azərbaycan millisinin futbolçusu Ozan Can Kökçü karyerasını yenidən Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, 23 yaşlı vingerlə I Liqaya yüksələn "Eyüpspor" maraqlanır.

Türkiyə təmsilçisi Kökçü ilə danışıqlara da start verib. Klub "Sabah"la razılaşsa, oyunçunu heyətinə qatacaq.

Ozan Can Kökçünun "Sabah"la müqaviləsi 2023-cü ildə başa çatmalıdır. O, 2020/2021 mövsümünün ikinci yarısını icarə əsasında Niderlandın "Telstar" klubunda keçirib. Vinger daha əvvəl Türkiyədə "Bursaspor" və "Giresunspor" komandalarının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"