Ozan Can oynadı, “Telstar” səfərdən 1 xalla döndü

14 Aprel 2021 01:48 Bizimkilər 963
Ozan Can oynadı, “Telstar” səfərdən 1 xalla döndü

Niderland 2-ci liqasında 33-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün şərəfini qoruduğu “Telstar” da növbəti oyununa çıxıb.

Sözügedən kollektiv səfərdə “Almere Siti” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Ozan da bu matçın iştirakçısı olub. O, 74-cü dəqiqədə meydana buraxılıb.

Müqavilə ilə “Sabah”a məxsus olan Ozan, Niderland klubunda icarə əsasında çıxış edir.

“Telstar” 2-ci liqada 33 turdan sonra 39 xalla 12-ci pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"