Vətən Müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu - FOTO

8 Mart 2021 12:10 Bizimkilər 771
Vətən Müharibəsində ağır yaralanan hərbçimiz şəhid oldu - FOTO

Vətən Müharibəsində ağır yaralanan daha bir hərbçimiz şəhid olub.

Sportinfo.az xəbər verir ki, beş aydır hospitalda müalicə olunan əsgər Balakişiyev Zamin Dadaş oğlu vəfat edib.

Həkimlər bütün müdaxilələrə rəğmən, onun həyatını xilas edə bilməyiblər.

Şəhidimiz bu gün Sabirabad rayonunun Qaralar kənd qəbiristanlığında dəfn olunacaq.

Z.Balakişiyev Prezident İlham Əliyevin sərəncamı ilə “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"