Nazarov “Hannover”ə qarşı 90 dəqiqə oynadı

8 Mart 2021 01:38 Bizimkilər 789
Nazarov “Hannover”ə qarşı 90 dəqiqə oynadı

Almaniya 2-ci Bundesliqasında 24-cü turun oyunları keçirilib.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Ersgebirge” növbəti matçına çıxıb.

Aue təmsilçisi doğma meydanda “Hannover”lə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.

Dmitri Nazarov da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

24 turdan sonra 33 xala malik “Ersgebirge” 18 kollektiv arasında 9-cu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"