Xocavənddə erməni pusqusuna düşdü - Müharibədən sonrakı ilk şəhidimiz: VİDEO

23 Yanvar 2021 11:30 Bizimkilər 3 444
Xocavənddə erməni pusqusuna düşdü - Müharibədən sonrakı ilk şəhidimiz: VİDEO

Sportinfo.az xəbər verir ki,Vətən Müharibəsi bitdikdən sonra qanunsuz erməni silahlı birləşmələri tərəfindən şəhid edilən ilk döyüşçümüz Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsindən olan çavuş Elmir Qənbərovdur.

Elmir Qənbərov dekabrın 27-də Xocavənd rayonunun Ağdam kəndi istiqamətində 6 nəfərlik erməni dəstəsi ilə üz-üzə gəlib. Həmin zaman üzbəüz döyüşdə Elmir ürəyindən aldığı güllə yarası ilə şəhid olub.

Bu dəfə 38 yaşlı şəhidimiz Elmir Qənbərovu və onun ailəsini yaxından tanıyaq.

Elmir Qənbərov müharibədən sonra Füzulinin, Cəbrayılın, Qubadlının işğaldan azad edilməsində göstərdiyi qəhrəmanlığa görə medallarla təltif edilib, “Vətən uğrunda” medalına layiq görülüb (musavat).

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"