"Bu təklif mənim üçün gözlənilməz oldu" - Azərbaycan yığmasında çalışan

20 Yanvar 2021 22:40 Bizimkilər 509
"Bu təklif mənim üçün gözlənilməz oldu" - Azərbaycan yığmasında çalışan

“Üç ildir Azərbaycan yığmasında çalışıram, qərar yeni il ərəfəsində verildi”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko Moskva MOİK-inə təyinatı barədə danışarkən deyib.

Rusiya klubunun rəsmi saytına müsahibə verən yığmamızın sabiq qolkiperi danışıqlar prosesindən bəhs edib: “MOİK-in təklifi mənim üçün gözlənilməz oldu.

Rəhbərliklə söhbət etdik, görüşdə Roman Babaev, Viktor Qonçarenko və Vasili Berezutski iştirak etdi. Danışığımız uzun çəkmədi, hamısı futbol adamıdır.

Hər iki işi eyni anda görə biləcəyim qənaətinə gəldik. Sonra AFFA rəhbərliyi ilə əlaqə saxladım, orada da mənimlə görüşdülər. Nəticədə hamımız bunu sınayacağımıza dair ortaq qərara gəldik”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"