"FC Baku" BFL-də yarımfinalın qapısını araladı - FOTO

17 Fevral 2020 10:40 Azərbaycan Futbolu 964
"FC Baku" BFL-də yarımfinalın qapısını araladı - FOTO

Bakı Futbol Liqasında pley-of mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, "FC Baku" və "Çağırğan FK" 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində üz-üzə gəlib. Paytaxt təmsilçisi rəqibini darmadağın edib – 5:1.

"Alliance FK" isə "Füzuli FK"nı 1:0 hesabı ilə məğlub edib. Ülvi Sarıyev yeganə qolun müəllifidir.

"Sirena Motors" "Aslan AFK"nı 2:1 üstələyib. Əlsalam Həmidov və Salman Cəfərov qalibiyyətdə əsas pay sahibi olub. "Aslan AFK"da isə Murad Ağakişiyev fərqlənib.

B qrupunun lideri "Seniors" evdə "Əmirli Tovuz"a gözlənilmədən yenilib.. "Vurmayana vurarlar" prinsipi bu oyunda özünü göstərib. Çoxsaylı fürsətləri boşa verən "Seniors" tovuzluların əks hücumları qarşısında çarəsiz qalıb.

Digər Xəbərlər
Xəbər Lenti