Azərbaycanda tanınmış futbolçu niyə həbs olunub?

12 Dekabr 2019 17:40 Azərbaycan Futbolu 1 662
Azərbaycanda tanınmış futbolçu niyə həbs olunub?

Bir qədər əvvəl xəbər verdiyimiz kimi millimizin keçmiş yarımmüdafiəçisi Cəmşid Məhərrəmov saxlanılıb. Sonuncu peşəkar klubu 2017-ci ildə "Rəvan" olan futbolçu təqsirləndirilən şəxs qismində gözaltına alınıb.

Sportinfo.az-ın məlumatına görə, ötən mövsüm Region Liqasında çıxış etmiş Cəmşidin danışılmış oyunlarda iştirakına dair ciddi şübhələr var. İlkin ehtimal belədir ki, onun saxlanılması qeyri-leqal bukmeyker kontorlarıyla əlaqadardır.

Məhərrəmovun müəyyən futbolçularla əlbir olaraq Premyer Liqanın bəzi matçlarına pul qoyuluşu etməsi və danışılmış oyunların təşkilində iştirakı araşdırılır.

Digər Xəbərlər
Xəbər Lenti