Azərbaycanın tanınmış məşqçisi ilə çalışmaq fürsəti

23 Oktyabr 2019 09:00 Azərbaycan Futbolu 399
Azərbaycanın tanınmış məşqçisi ilə çalışmaq fürsəti

İsgəndər Cavadov adına Bakı Futbol Akademiyası öz fəaliyyətini tədricən genişləndirir.

Abşeron Olimpiya Kompleksini özünə yeni məskən seçən məktəbin hazırda 5 yaş qrupu üzrə komandası mövcuddu və hamısı AFFA-nın bayrağı altında keçirilən ölkə çempionatında mübarizə aparır.

Burda əsas nəticə və yer tutmaq deyil. Akademiya futbola həvəsi olan uşaq və yeniyetmələrə özünü göstərmək şansı vermək, onlar arasından istedadlıları tapıb üzə çıxarmaqdı.

Qarşıya qoyulan strategiya özünü doğrultmaqdadı. Belə ki, cəmi 2 ildi işə başlamasına baxmayaraq, artıq BFA-nın bir neçə yetirməsi Premyer Liqa təmsilçilərinin düşərgəsinə yollanıb.

Aşağı yaş qrupları üzrə millilərin məşqçiləri akademiyanı daim diqqətdə saxlayır ki, bu da müsbət haldı.

120-dən artıq uşaq və yeniyetmə burda futbolun sirlərini öyrənir. BFA bugündən etibarən növbəti seçimlərə başlayır.

Yenilik ondadı ki, bu, Xırdalan şəhəri, Biləcəri, Masazır, Saray qəsəbələrini, yəni, sözügedən zonada yerləşən bütün orta ümumtəhsil müəssisələrini əhatə edəcək.

Deviz də düzgün seçilib: «Övladınızın futbol xəyallarını bizimlə gerçəkləşdirin!».

Əlbəttə, hər bir valideyn uşağını təcrübəli mütəxəssisə etibar etmək istər. Cavadovun adını daşıyan BFA bu baxımdan bir çox akademiyalardan yaxşı mənada fərqlənir.

Azərbaycan çempionatları tarixində ən çox oyun keçirən baş məşqçi olan Qəhrəman Əliyev hazırda burda çalışır. Novruz Əzimov da həmçinin. Övladlarını onlara əmanət edən ata-ana uduzmaz!

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti