Ramin Musayev: “Bezmişik! Divizion klubları Premyer Liqada iştirak edəndən sonra...”

10 Noyabr 2021 19:20 Azərbaycan Futbolu 1 798
Ramin Musayev: “Bezmişik! Divizion klubları Premyer Liqada iştirak edəndən sonra...”

"O stadionda olmasam da, Şamaxı maraqlı yerdir.

Hamımıza deyirsiniz ki, Bakı çempionatıdır. Düşərli olsun ki, bölgələrimizin sayı çox olsun".

Sportinfo.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev "Keşlə"nin adını dəyişdirilərək, Şamaxıya göndərilməsi barədə qərara münasibət bildirərkən deyib.

O, Azərbaycan Premyer Liqasında yeni bölgə komandasının çıxışını müsbət qarşılayıb:

"Qəbələyə getməkdən bezmişik. Böyük futbolun Şamaxıya getməsi oradakı gənclər üçün stimuldur.

Bu addımı müsbət qarşılayıram. İnanıram ki, I Divizion klubları Premyer Liqada iştirak edəndən sonra çempionatımız daha da maraqlı olar".

Hazırda Azərbaycan Premyer Liqasında çıxış edən 8 komandadan 6-sı ev oyunlarını Bakıda keçirir. Paytaxtdan kənarda yalnız "Sumqayıt" və "Qəbələ" məskunlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti