Elxan Məmmədov – Bir də belə səhvlər eləməyin!

11 Avqust 2021 17:20 Azərbaycan Futbolu 730
Elxan Məmmədov – Bir də belə səhvlər eləməyin!

AFFA-nın inzibati binasında icraçı vitse-prezident Elxan Məmmədov Azərbaycan Premyer Liqasının 2021/2022-ci il mövsümündə keçiriləcək oyunları idarə edəcək referi və referi köməkçiləri ilə görüş keçirib.

Sportinfo.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Hakimlər Komitəsinin üzvlərinin də iştirak etdiyi görüş zamanı mövsüm ərəfəsində Peşəkar Futbol Liqasını və hakimləri təbrik edərək, uğurlar arzulayıb,

Premyer Liqa və ölkə kuboku uğrunda keçiriləcək oyunların keyfiyyəti baxımından məşqçilər və futbolçularla yanaşı, ədalət təmsilçilərinin də üzərinə böyük məsuliyyət düşdüyünü bildirib.

Ötən mövsüm qeydə alınan müəyyən səhvləri xatırladan icraçı vitse-prezident hakimlərə daha səylə hazırlaşmağı, daha diqqətli olmağı tövsiyə edib.

Digər Xəbərlər
Xəbər Lenti