"Neftçi" üçün bu oyun "Qarabağ"la görüşdən də çətin olacaq"

14 May 2021 17:20 Azərbaycan Futbolu 820
"Neftçi" üçün bu oyun "Qarabağ"la görüşdən də çətin olacaq"

"Düşünürəm ki, çempionluğun taleyinə son turda aydınlıq gələcək"

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov deyib.

Təcrübəli mütəxəssis çempionluq uğurunda mübarizə aparan "Neftçi" və "Qarabağ"ın bu gün baş tutacaq oyunları haqqın da öz proqnozlarını verib.

O, öncə "Neftçi"nin Sumqayıt səfərindən söz açıb: "Doğrusu, bu oyunlarla bağlı hansısa proqnoz vermək çox çətindir. Hər iki oyunda gərgin mübarizə olacaq.

Götürək "Sumqayıt" - "Neftçi" görüşünü. "Neftçi" üçün qələbə çempionluq yolunda vacibdirsə, "Sumqayıt" üçün qələbə bürünc uğurunda əhəmiyyətlidir.

Ona görə birmənalı şəkildə kim qalib gələcək demək olmaz. "Sumqayıt"ın problemi Əli Qurbaninin olmamasıdır. Xocaniyazovun yoxluğunda müdafiədə hansısa rotasiyaları eləmək olar. Amma hücumda bu ciddi hiss oluncaq.

Bunu "Neftçi" üçün üstünlük saymaq olar. "Sumqayıt" əks hücumda oynayanda Qurbani topu özündə saxlaya bilirdi. O olmayanda top itkiləri çox olacaq.

Bu da istər-istəməz problemlər yaradacaq. Amma düşünürəm ki, "Neftçi" üçün bu oyun son turdan da çətin olacaq. Məncə, bu oyunda qələbə qazanmaqla komanda psixoloji çəhətdən bir xeyli rahatlaşa bilər".

Əsədov "Neftçi"yə nisbətdə "Qarabağ"ın bu tur qələbə şanslarının daha yüksək olduğunu düşünür: "Qarabağ"ın bu tur qələbə qazanacağını düşünürəm.

Demirəm ki, asanlıqla 3 xal qazanılacaq. "Sabah"la oyunda olduğu kimi erkən qol vurulsa rahat olacaq. Ancaq vaxt uzandıqca "Qarabağ" problemlərlə üzləşə bilər.

Proqnozum odur ki, "Qarabağ" qələbə qazanacaq. "Keşlə" həm də daha çox ölkə kubokun finalına köklənib".

Digər Xəbərlər
Xəbər Lenti