UEFA-nın Mahir - Kerem sorğusunun yaratdığı mübahisədən FOTOLAR

3 Dekabr 2021 00:40 Araşdırma 1 189
UEFA-nın Mahir - Kerem sorğusunun yaratdığı mübahisədən FOTOLAR

Xəbər verdiyimiz kimi, UEFA Avropa Liqasının rəsmi səhifəsi Azərbaycan millisinin üzvü Mahir Emreli və Türkiyə yığmasının yarımmüdafiəçisi Kərəm Aktürkoğlu barədə soğru yerləşdirib.

Sportinfo.az xəbər verir ki, sorğu hansı futbolçunun güclü olması barədə aparılır.

Lakin bu azarkeşlər arasında mübahisə yaradıb. Türkiyəli azarkeşlərlə azərbaycanlı tərəfdarlar iki futbolçunun müqayisəsi üzərində mübahisə ediblər.

Bəzi qardaş ölkənin futbol tərəfdarları isə UEFA-nın bu sorğusuna etiraz ediblər. Onlar Kərəmin Mahirlə müqayisə edilməsini yersiz sayıblar.

Hər iki tərəfdən olan azarkeşlərin bir qismi isə hər iki futbolçunun güclü olduğunu, türk olduqları üçün hər ikisinə dəstək vermək lazım olduqları şərhlərini yazıblar.





Digər Xəbərlər
Xəbər Lenti