Mahirin Azərbaycandakı biznesini kim idarə edir?

12 İyul 2021 13:20 Araşdırma 1 276
Mahirin Azərbaycandakı biznesini kim idarə edir?

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Polşa mətbuatına biznesi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, o, Azərbaycanda mal-qara təsərrüfatının və meyvə bağının olduğunu təsdiqləyib.

Emreli işi dayısının apardığını söyləyib: “Sahibi mənəm və bu bir ailə biznesidir.

Çiyələk də daxil olmaqla müxtəlif meyvələrin əkildiyi bağımız mövcuddur. Onları Bakıda satdığımız bir mağazamız da var”.

Digər Xəbərlər
Xəbər Lenti