"Transfer etmək istəsə, lazım olan məbləği ödəməli olacaq"

10 Avqust 2020 13:40 Almaniya 872
"Transfer etmək istəsə, lazım olan məbləği ödəməli olacaq"

“Bayer”in idman direktoru Rudi Föller, adı “Çelsi” ilə yanaşı çəkilən Kay Havertsin komandadakı gələcəyi ilə bağlı açıqlama verib.

Sportinfo.az xəbər verir ki, “La Gazzetta dello Sport”a danışan klub rəsmisi, Havertsin satılmayacağını bildirib:

“O, “Bayer”də gördüyüm ən yaxşı futbolçudur. Bir neçə klubun, xüsusilə də, “Çelsi”nin Havertslə maraqlandığından xəbərimiz var, amma bizim üçün vəziyyət çox sadədir.

Havertsin klubla daha iki illik müqaviləsi var. Hansısa klub Havertsi transfer etmək istəsə, lazım olan məbləği ödəməli olacaq, digər halda, o, burda qalacaq. Koronavirus səbəbiylə onun transfer qiymətində hansısa endirim etməyəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti