Dadaşov "Qrasshopper"i məğlubiyyətdən xilas edə bilmədi

29 Avqust 2023 03:40 Bizimkilər 1 185
Dadaşov "Qrasshopper"i məğlubiyyətdən xilas edə bilmədi

İsveçrə Super Liqasında 5-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Qrasshopper" doğma meydanda "Lütsern"i qəbul edib.

Qarşılaşma qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Renat Dadaşov da bu görüşün iştirakçısı olub. 24 yaşlı forvard 85-ci dəqiqədə Fransis Momohun əvəzinə meydana daxil olub.

5 turdan sonra aktivində 4 xal olan "Qrasshopper" 12 komanda arasında turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"