“Fənərbaxça” yeni transferi ilə 2+1 illik müqavilə bağladı

2 İyul 2021 10:20 Türkiyə 897
“Fənərbaxça” yeni transferi ilə 2+1 illik müqavilə bağladı

İngiltərə millisinin sabiq müdafiəçisi Stiven Kokerin Türkiyənin “Fənərbaxça” klubuna keçidi rəsmiləşib.

Sportinffo.az xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

2019-cu ildən Türkiyənin digər klubu “Alanyaspor”da forma geyinən 29 yaşlı ingilis futbolçu İstanbul təmsilçisi ilə 2+1 illik müqaviləyə imza atıb.

Koker “Alanyaspor”da keçirdiyi 2.5 mövsüm ərzində 90 rəsmi matça çıxıb. İngilis stopper bu görüşlərdə 6 qol da vurub.

Stiven Koker karyerası ərzində “Liverpul”, “Sauthempton”, “Suonsi Siti”, “Tottenhem”, “Bristol Siti”, “Kardiff Siti”, “Yeovil Taun” və KPR klublarında da forma geyinib.

“Fənərbaxça” daha öncə Serdar Dursunu heyətinə qatmışdı.

Digər Xəbərlər
Xəbər Lenti