Kadıköydən qalib çıxan “Qalatasaray” evində uduzdu, mübarizəni dayandırdı - VİDEO

11 Fevral 2021 10:20 Türkiyə 499
Kadıköydən qalib çıxan “Qalatasaray” evində uduzdu, mübarizəni dayandırdı - VİDEO

Türkiyə kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, “Fənərbaxça” ilə derbidən qalib çıxan “Qalatasaray” evdə gözlənilmədən "Alanyaspor"a 2:3 hesabı ilə məğlub olub.

Qonaqların heyətində qolları 30 və 48-ci dəqiqələrdə Kuma Babakar, 41-ci dəqiqədə Salih Uçan vurub. Meydan sahiblərinin heyətində isə 83-cü dəqiqədə Mustafa Məhəmməd, 90+4-cü dəqiqədə Jedson Fernandeş fərqlənib.

Bu nəticədən sonra "Qalatasaray" ölkə kubokunda mübarizəni dayandırıb. "Alanyaspor" isə adını yarımfinala yazdırıb.

Digər Xəbərlər
Xəbər Lenti