“Qalatasaray” məhkəməni uduzdu - 1,2 milyon avro ödəməlidir

11 Yanvar 2021 10:20 Türkiyə 615
“Qalatasaray” məhkəməni uduzdu - 1,2 milyon avro ödəməlidir

"Rizəspor" "Qalatasaray"la məhkəməni qazanıb.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Türkiyə Futbol Federasiyası (TFF) tərəfindən cəzalandırılıb.

Rizə klubu ötən mövsüm müqaviləni tək tərəfli ləğv edərək "Qalatasaray"a keçən Oğulcan Çağlayanla bağlı TFF-yə şikayət etmişdi. Məsələ ilə bağlı qərarını verən qurum "cim-bom"u və futbolçunu cəzalandırıb.

"Qalatasaray" qarşı tərəfə 1,2 milyon avro təzminat ödəməli olacaq. "Rizəspor" milli üzvünü "Kayseri Erciyesspor"dan məhz bu məbləğə transfer etmişdi.

Həmçinin futbolçu da 6 oyunluq diskvalifikasiyaya məruz qalıb.

"Qalatasaray" və Oğulcan qərarla bağlı rəsmi etiraz bildirəcək.

Digər Xəbərlər
Xəbər Lenti