“Qarabağ” çox güclüdür, Azərbaycanın digər komandaları o qədər yaxşı deyil“

17 Avqust 2023 09:00 Bizimkilər 1 186
“Qarabağ” çox güclüdür, Azərbaycanın digər komandaları o qədər yaxşı deyil“

“Musa Qurbanlının gəldiyi Azərbaycan çempionatı kifayət qədər yaxşı deyil”.

Sportinfo.az xəbər verir ki, bunu “Yurqorden”in (İsveç) baş məşqçisi Tomas Lagerlöf deyib.

52 yaşlı mütəxəssis Musa Qurbanlının hələ istənilən formada olmamasını Azərbaycan Premyer Liqasının səviyyəsi ilə əlaqələndirib:

“Musanın hələ ümumi komanda ilə temp fərqi var. Sabiq komandası “Qarabağ” çox güclüdür, amma liqalarındakı digər iştirakçılar o qədər yaxşı deyillər.

Ona görə də, hazırda yüksək tempdə oynamaqda çətinlik çəkir. Uyğunlaşmaq üçün bir az zamana ehtiyacı var”.

Baş məşqçi Azərbaycan millisinin hücumçusuna getdikcə daha çox şans veriləcəyini söyləyib:

“Musa kifayət qədər şans əldə edir, avrokuboklarda “Lütsern”lə ev matçında da ilk dəqiqələrdən meydanda oldu.

Ümid edirəm ki, məşqlərdə öz üzərində çalışmaqda davam edəcək. Biz onu növbəti oyunlarda daha çox görə biləcəyik”.

Musa Qurbanlı yay fasiləsində “Yurqorden”lə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti