Bu ölkənin tanınmış klubu Zubiri transfer etmək istəyir

24 Aprel 16:20 Qarabağ 2 072
Bu ölkənin tanınmış klubu Zubiri transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən “Tuluza” “Qarabağ”ın legioneri Abdullah Zubiri transfer etmək istəyir.

Sportinfo.az “lequotidiendusport.fr” saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəlb edən Mərakeş əsilli fransalı yarımmüdafiəçinin Ağdam təmsilçisindən ayrılacağı gözlənilir.

Daha əvvəl Fransa çempionatında “Lans” və “Qrenobl”ın formasını geyinmiş 32 yaşlı futbolçunun “Tuluza”ya keçəcəyi istisna olunmur.

Şotlandiya və Rumıniya klublarının da maraq dairəsində olan A.Zubirin "Qarabağ"la müqaviləsinin müddəti yayda başa çatır.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI