“Qarabağ”ın məşqçisi: "13-14 sağlam futbolçumuz var, dua edirik ki...”

2 Dekabr 2020 16:50 Qarabağ 484
“Qarabağ”ın məşqçisi: "13-14 sağlam futbolçumuz var, dua edirik ki...”

“Hazırda sərəncamımızda az sayda sağlam oyunçu var. Son olaraq Mahir Emreli də koronavirusa yoluxub".

Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov Avropa Liqasının V turunda “Makkabi”yə (Təl-Əviv) qarşı keçiriləcək oyundan əvvəl mətbuat konfransında deyib.

Baş məşqçi Qurban Qurbanov koronavirusa yoluxduğu üçün komandanı Türkiyədəki matçda meydana çıxaracaq Rəhmanov heyətlə bağlı ciddi problemlər yaşadıqlarını söyləyib: “Hazırda 13-14 sağlam futbolçumuz var. Dua edirik ki, onlar sabah tam hazır olsunlar”.

Dekabrın 3-də İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” görüşü Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"