"Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq"

30 Noyabr 2020 16:20 Qarabağ 370
"Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq"

"Bu mövsüm çempionatda ən yaxşı oyunumuzu keçirdik.

Qələbə Avropa Liqasının qrup mərhələsində "Vilyarreal" ilə görüşdəki 1:1 hesablı heç-heçədən daha vacib idi".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Makkabi"nin (Təl-Əviv) futbolçusu Yonaten Kohen İsrail çempionatının VIII turunda Kfar-Saba “Hapoel”ini 3:0 hesabı ilə məğlub etdikləri matçdan sonra deyib.

24 yaşlı hücumçu Avropa Liqasının qrup mərhələsinin V turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də danışıb: "Bu, bizim əsas oyunumuz olacaq.

Qələbə sayəsində xalımızı 10-a çatdıraraq növbəti mərhələ şansımızı artıracağıq. Bu, bir çox oyunçumuz üçün böyük an ola bilər. "Qarabağ"la görüşdəki qələbə işin gözəl tərəfi olacaq".

Dekabrın 3-də Türkiyənin İstanbul şəhərindəki “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək “Qarabağ” – “Makkabi” matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan klubu ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"