“Qarabağ” və “Sivasspor” start heyətini açıqladı

26 Noyabr 2020 20:30 Qarabağ 434
“Qarabağ” və “Sivasspor” start heyətini açıqladı

Avropa Liqasının IV turunun “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə) oyununun iştirak ərizələri açıqlanıb.

Sportinfo.az xəbər verir ki, İ qrupunun bu gün keçiriləcək matçı ərəfəsində hər iki komandanın start heyəti və ehtiyat oyunçuları bəlli olub.

Baş məşqçilər Qurban Qurbanov və Rza Çalımbay İstanbuldakı “Başakşəhər Fatih Terim” stadionunda təşkil olunacaq qarşılaşmada güvənəcəyi heyəti müəyyənləşdirib.

Azərbaycan çempionunun Türkiyə təmsilçisi ilə qarşılaşması Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

21:55. “Qarabağ” (Azərbaycan) - “Sivasspor” (Türkiyə)
Baş hakim: Yakob Kehlet (Danimarkar)
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 81. Kevin Medina, 2. Qara Qarayev (k), 77. Vild-Donald Gerye, 44. Elvin Cəfərquliyev, 8. Uroş Matiç, 18. İsmayıl İbrahimli, 27. Tural Bayramov, 7. Ovusu Kvabena, 10. Abdullah Zubir, 11. Mahir Emreli
Ehtiyat oyunçular: 12. Emil Balayev, 94. Ayxan Arazlı, 9. Xayme Romero, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Sivasspor”: 30. Mamadu Samassa, 88. Caner Osmanpaşa, 4. Aaron Appindanqoye, 3. Uğur Çiftçi, 87. Marselo Qoyano, 8. Robin Yalçın, 6. Klaudemir, 29. Kasimir Rodriqe Ninqa, 7. Maks-Alain Qradel, 10. Yasin Öztəkin, 2. Aruna Kone (k)
Ehtiyat oyunçular: 35. Ali Şaşal Vural, 5. İsak Kofie, 14. Samba Kamara, 80. Olarenvayu Kayode
Baş məşqçi: Rza Çalımbay
İstanbul (Türkiyə). “Başakşəhər Fatih Terim” stadionu

Digər Xəbərlər
Xəbər Lenti