“Qarabağ”ın bu həsrətə son qoymaq arzusu ilə…

26 Noyabr 2020 19:20 Qarabağ 372
“Qarabağ”ın bu həsrətə son qoymaq arzusu ilə…

Azərbaycanın avrokuboklarda mübarizəni davam etdirən yeganə təmsilçisi “Qarabağ” bu gün növbəti oyununu keçirəcək.

Sportinfo.az xəbər verir ki, Ağdam klubu Avropa Liqasının IV turunda “Sivasspor”la görüşəcək.

Qurban Qurbanovun yetirmələri ev oyununu İstanbulda keçirəcək. Bu, Azərbaycan klublarının noyabrın 26-da keçirdiyi 3-cü avrokubok sınağı olacaq.

İndiyədək təmsilçilərimiz yalnız 2015-ci ilin eyni tarixində meydana çıxıb. Avropa Liqasının qrupunda iki komandamız gücünü sınayıb.

“Qarabağ” evdə “Tottenhem” (İngiltərə) qarşısında aciz qalıb – 0:1. PAOK-un (Yunanıstan) qonağı olan “Qəbələ” qolsuz heç-heçəyə nail olub - 0:0. Hər iki komandamız günü qolsuz başa vurub. “Qarabağ” bu həsrətə son qoyub ilk qolu vurmağa çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"