"Qarabağ"ın ehtiyatlı olması üçün bir neçə əsas

25 Noyabr 2020 23:40 Qarabağ 398
"Qarabağ"ın ehtiyatlı olması üçün bir neçə əsas

Avropa Liqasının qrup mərhələsinin IV turunda "Qarabağ"la qarşılaşacaq "Sivasspor" matça uğurlu seriya ilə çıxacaq.

Sportinfo.az xəbər verir ki, Rza Çalımbayın baş məşqçi olduğu komanda cari mövsüm bütün yarışlarda yalnız bir səfər matçında məğlub olub.

Bu, Avropa Liqasının qrup mərhələsinin I turunda İspaniyada "Vilyarreal"la görüşə təsadüf edib - 3:5. "Qırmızı-ağlar" Superliqanın II turunda "Erzurumspor"u 2:1, V turda "Kayserispor"u 3:1 hesabı ilə üstələyib.

"Sivasspor" VII turda "Hatayspor"la, IX turda isə "Fatih Karagümrük"lə 1:1 hesablı heç-heçə edib. Komanda daxili çempionatda evdə qələbə qazana bilməyib.

"Qarabağ" - "Sivasspor" matçı noyabrın 26-da Türkiyədə baş tutacaq. İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

Komandalar arasındakı III tur matçında "Sivasspor" öz meydanında 2:0 hesablı qələbə qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"