"Əsgərlərimiz soyuqda düşmənlə vuruşur, amma biz futbol haqda düşünürük"

28 Oktyabr 2020 20:50 Qarabağ 581
"Əsgərlərimiz soyuqda düşmənlə vuruşur, amma biz futbol haqda düşünürük"

"Çox çətindir. Ölkədə müharibə gedir, biz isə burada "Vilyarreal"a qarşı matça çıxacağıq.

Əsgərlərimiz soyuqda düşmənə qarşı vuruşur, amma biz futbol haqqında düşünürük. Biz heç vaxt özümüzü tək hiss etmədik".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsində Türkiyənin İstanbul şəhərində "Vilyarreal"a qarşı keçirəcəkləri matçdan əvvəl "A Spor"a müsahibəsində deyib.

48 yaşlı mütəxəssis bildirib ki, Türkiyə hər zaman Azərbaycana dəstək olub: "Türkiyəli qardaşlarımız ilk gündən bizim yanımızda oldular. Bütün türk xalqına dərin təşəkkürümü bildirirəm. Qarabağ müharibəsi başlayandan bu günə qədər yanımızdadırlar.

Düşünürəm ki, sonadək bu cür davam edəcək. Belə olan halda biz özümüzü güclü hiss edirik. Bizim üçün nə qədər çətin olsa da, işimiz, peşəmiz budur. Vəzifəmizi layiqincə yerinə yetirməliyik".

"Qarabağ" - "Vilyarreal" matçı oktyabrın 29-da Türkiyənin İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda baş tutacaq. UEFA-nın qərarına əsasən, Ağdam təmsilçisi ev oyunlarını neytral meydanda keçirməlidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"