Azərbaycan klubunun hücumçusu oynamaqdan bezdi – Həkim olmaq istəyir?

20 Oktyabr 2020 15:04 Qarabağ 660
Azərbaycan klubunun hücumçusu oynamaqdan bezdi – Həkim olmaq istəyir?

Müxtəlif illərdə iki dəfə ölkəmizdə “Qarabağ”ın formasını geyinmiş hücumçu İnnosent Emeqara karyerasını bitirdikdən sonra futboldan uzaqlaşacaq.

Sportinfo.az xəbər verir ki, İsveçrə millisinin sabiq oyunçusu tam başqa sahədə çalışmaq arzusunda olduğunu bildirib.

Emeqara 2014/15 və 2018/19 mövsümündə “Qarabağ”da çıxış edib. Nigeriya əsilli forvard səhiyyə sektorunda özünü sınayacağını söyləyib.

Bu ay İsveçrənin “Vintertur” klubuna keçən 31 yaşlı futbolçu bir müddət də oynadıqdan sonra yeni peşəyə keçid edəcəyini deyib: “Artıq ikinci karyeram haqda düşünməyə başlamalıyam”.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"