Qurban Qurbanovdan xahiş etdi: İynə gücünə də olsa…

19 Oktyabr 2020 14:08 Qarabağ 1 706
Qurban Qurbanovdan xahiş etdi: İynə gücünə də olsa…

Mahir Emreli Avropa Liqasında I qrupunun ilk turunda İsraildə "Makkabi" (Təl-Əviv) ilə qarşılaşacaq "Qarabağ"ıın qafiləsində yer alacaq.

Bir müddət əvvəl ayağından zədə alan hücumçu hazırda fərdi reabilitasiya keçir.

Amma 10 gündən artıqdır komanda ilə məşqlərə qoşulmayıb.

Oktyabrın 22-də Təl-Əvivdəki "Blumfild" stadionunda baş tutacaq "Makkabi" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Sportinfo.az-ın məlumatına görə, 23 yaşlı forvard Qurban Qurbanova bununla bağlı müraciət edib.

O, baş məşqçiyə Təl-Əvivdə keçiriləcək qarşılaşmada komandaya kömək etmək istədiyini bildirib. Mahir ağrıkəsici iynə hesabına da olsa, meydana çıxmağı arzuladığını deyib.

Digər Xəbərlər
Xəbər Lenti