Ağdam klubu burada da “Neftçi”ni tək buraxmadı

19 Oktyabr 2020 14:50 Qarabağ 496
Ağdam klubu burada da “Neftçi”ni tək buraxmadı

“Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.

Sportinfo.az xəbər verir ki, bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib.

Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb.

Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"