İspaniyalı futbolçu Azərbaycana öz dəstəyini verdi

15 Oktyabr 2020 12:16 Qarabağ 814
İspaniyalı futbolçu Azərbaycana öz dəstəyini verdi

"Xarici ölkəyə gələndə bilirsən ki, bir az tənha qalacaqsan. Yəni, bir qardaşa sahib olmaq daha yaxşıdır".

Sportinfo.az xəbər verir ki, "Qarabağ"ın ispaniyalı futbolçusu Xayme Romero "elmundo.es" nəşrinə açıqlamasında Bakıdakı həyat təzi barədə danışarkən deyib.

Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə toxunan 30 yaşlı yarımmüdafiəçi bildirib ki, ölkədə həyat normal qaydada davam edir: "Təhlükə hissi yoxdur. Qarşıdurma digər bölgədə olduğu üçün Bakıda hər şey qaydasındadır. Halbuki burada həmin hadisələri yaşayan çox sayda insan var".

Romeronun sözlərinə görə, klub rəhbərliyi oyunçuların bütün fikrini futbola vermələrini istəyib: "Çünki qarşıda vacib matçlarımız var. Nəticə etibarilə biz problemin yarandığı bölgənin adını daşıyırıq. Buna görə də ölkənin qəbul etdiyi qərarların bir hissəsiyik. İnsanlar burada bizimlədir".

Təcrübəli futbolçu koronavirus pandemiyasının yol açdığı problemlərdən də danışıb: "Avropaya səfər zamanı münaqişədən daha çox, pandemiya ilə bağlı problemlər nəzərə çarpır. Həftənin ilk 2 günü testdən keçib səfərə yollanırıq. Sonra isə geri qayıdanda daha bir dəfə test veririk.

Vəziyyət bir az qarışıqdır. Martdan bəri nadir hallarda karantində olurduq. Amma restoranlar işləmirdi. Sonra səhər açılıb axşam 19:00-da bağlanmağa başladı. Qaydalar tədricən yumşaldıldı. Ümid edirəm ki, müharibə və virus bitəndə normal həyat sürə biləcəyik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"