“Sileks”in direktoru: "Qarabağ”ı təəccübləndirməyə çalışacağıq”

9 Avqust 2020 20:00 Qarabağ 981
“Sileks”in direktoru: "Qarabağ”ı təəccübləndirməyə çalışacağıq”

Şimali Makedoniyanın “Sileks” klubunun idman direktoru Draqan İvanov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində “Qarabağ”a rəqib olmaları haqda açıqlama verib.

Sportinfo.az “sportmedia.mk” saytına istinadən xəbər verir ki, klub rəsmisi, püşkü belə dəyərləndirib:

“Düzdür, bizimlə kim düşsəydi, favorit də o olacaqdı. “Qarabağ”ı təəccübləndirməyə çalışacağıq. Səfərdə oynayacağıq, amma heç kim ümidimizi əlimizdən ala bilməz.

Əlimizdən gələni edəcəyik və Makedoniyanı bu turnirdə qürurla təmsil edəcəyik, hər kəsi təəccübləndirməyə çalışacağıq. Hazırda bütün diqqətimiz “Belasiça” ilə oyundadır. Bundan sonra “Qarabağ” haqda düşünəcəyik”.

Digər Xəbərlər
Xəbər Lenti