"Özümü "Qarabağ"da sevdirəcəm" - Yeni transfer iddialıdır

26 İyul 2020 12:40 Qarabağ 1 386
"Özümü "Qarabağ"da sevdirəcəm" - Yeni transfer iddialıdır

"Təbii ki, "Qarabağ" haqqında məlumatım var idi, bilirdim ki, ölkənin ən böyük klubudur"

Sportinfo.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın yeni transferi Uroş Matiç deyib.

Klubun mətbuat xidmətinə açıqlama verən serbiyalı yarımmüdafiəçi "Qarabağ"ı niyə seçməsinə də aydınlıq gətirib: "Bilirdim ki, müntəzəm olaraq avrokuboklarda çıxış edir, bu da mənim "Qarabağ"ı seçməyimdə əsas rol oynadı.

Artıq "Qarabağ"ın içindəyəm. Bir daha şahidi oldum ki, bu uğurların heç biri təsadüf deyil. Komandada çox yaxşı ailə atmosferi var və çox xoşbəxtəm ki, bu ailənin bir üzvünə çevrildim. Yeni komandama fayda vermək üçün bütün gücümlə çalışacağam və oyunumla özümü azarkeşlərə sevdirəcəm".

Digər Xəbərlər
Xəbər Lenti