"Qarabağ" Qəbələdə "Sabah"a uduzdu

25 İyul 2020 20:20 Qarabağ 1 685
"Qarabağ" Qəbələdə "Sabah"a uduzdu

Qəbələdə təlim-məşq toplanışı keçirən "Qarabağ" bu gün növbəti yoxlama oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi "Sabah"la üz-üzə gəlib.

Matç Bakı klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, yeni baş məşqçi Visente Qomes "Sabah"dakı ilk oyununa qələbə ilə başlayıb.

Bundan əvvəl "Keşlə" ilə yoxlama görüşünə keçirən "Qarabağ" 3:1 hesabı ilə qalib gəlib.

"Qarabağ" - "Sabah" 1:2
Qollar:
Filip Ozobiç - Xulio Rodriqes, Təmkin Xəlilzadə

Digər Xəbərlər
Xəbər Lenti