Ərdolğanın çevrəsindən Qurban Qurbanovu razı salmaq üçün…

25 İyul 2020 12:58 Qarabağ 2 598
Ərdolğanın çevrəsindən Qurban Qurbanovu razı salmaq üçün…

Hazırda gündəm yenə Qurban Qurbanovla bağlıdır.

«Hatayspor»un «Qarabağ»ın baş məşqçisinə göndərdiyi təkliff son günlər həm Azərbaycan, həm də Türkiyə mediasında geniş müzakirə olunur.

Reaksiyalar çox və müxtəlifdir. Əksər ekspertlər mütəxəssisin, nəhayət ki, Azərbaycandan ayrılmalı olduğu qənaətini bölüşür. Onların fikrincə, Qurbanov Türkiyədən gələn dəvəti qəbul etsə, uduzmaz, özünü Super Liqa səviyyəsində də təsdiqləyə biləcək.

«Hatayspor»un şərtləri əlverişlidir. Tarixində ilk dəfə Super Liqaya vəsiqə qazanan klub həmyerlimizə uzunmüddətli müqavilə və maliyyə təklif edib. Razılıq versə, minimum anlaşma sürəci 3 il olacaq. Alacağı məbləğ isə bonuslarla birlikdə 5,5-6 milyon dollar civarındadır.

«Hürriyet»in yazarı Nevzat Demir «Hatayspor» yönətiminin Qurbanovu razı salmaq üçün bütün təsir vasitələrinə əl atmasını, hətta bir sıra nüfuzlu ictimai-siyasi personalarından bu işdə vasitəçi olmalarını istədiyini açıqlayıb.

Hatayın bələdiyyə başqanı Lütfi Savaş Qurbanov uğrunda çalışmaların önündə gəlir. Hətta «Hatayspor»un idarəçiləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğarnın yaxın çevrəsirndən də bu məqsədlə kömək istəyib. Onlar yerli rəsmilər vasitəsilə Qurbanova təsir etsinlər deyə…

Yenə cəhd olub, sadəcə, məşqçi bu təklifi gözdən keçirməyi bir müddət sonraya ertələyib - ya gələn sezonun ortasında, ya da axırında. Ondan tez «Qarabağ»ı tərk etməyi ağlının ucundan keçirmir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"