"Qarabağ" müqavilə təklif etdi və 1 həftə vaxt verdi

27 İyun 2020 10:52 Qarabağ 2 027
"Qarabağ" müqavilə təklif etdi və 1 həftə vaxt verdi

İyunun əvvəlində "Neftçi"dən ayrılan Donald Gerye "Qarabağ"la danışıqlar masası arxasına əyləşib.

Sportinfo.az-ın məlumatına görə, Ağdam klubu haitili keçmiş müdafiəçisinə 1+1 illik müqavilə təklif edib.

Azərbaycan çempionu Geryeyə fikirləşmək üçün bir həftə vaxt verib. O. bu müddətdə qəti cavabını açıqlamasa, Qurban Qurbanov onun qayıdışına «veto» qoyacaq. Çünki baş məşqçinin daha artıq vax itirmək fikri yoxdur və alternativ namizədlərlə bağlı tədbir görmək istəyir.

31 yaşlı cinah oyunçusu hazırda azad agent statusu daşıyır. Gerye bugünlərdə mətbuata bildirib ki, Türkiyədən təklifləri var: "Superliqadan iki klubla danışıq aparırıq. Amma hələlik mövcud vəziyyətlə bağlı ora gedə bilmirəm.

Türkiyə hökumətinin sərhədləri açmasını gözləyirəm. Menecerim "Qarabağ"la danışıqları davam etdirir. Lakin hələ heç nə bilinmir. Hər şey təklifdən asılıdır. Hansı variant sərfəli olsa, onu da seçəcəm".

Bu mövsüm “Neftçi”nin heyətində 14 oyunda meydana çıxıb 1 qol vuran Donald Gerye "ağ-qaralar"la 2019-cu il sentyabrın 5-də azad agent qismində 1+1 illik müqavilə bağlamışdı.

Daha əvvəl “Qarabağ” (2017 - 2019), Haitinin “Violett” (2009-2011), “Amerika de Ke” (2011-2013), Polşanın “Visla” Krakov (2013-2016) və Türkiyənin “Alanyaspor” (2016-2017) komandalarında çıxış etmiş Gerye iki dəfə Azərbaycan çempionluğunu (2018, 2019) qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"