"Qarabağ"ın qızıl medallara qovuşacağı tarix məlum oldu - rəsmi

19 İyun 2020 19:02 Qarabağ 578
"Qarabağ"ın qızıl medallara qovuşacağı tarix məlum oldu - rəsmi

Sabah “Azersun Arena”da Azərbaycan Premyer Liqasının 2019/2020 mövsümünün çempionu “Qarabağ”ın mükafatlandırılma mərasimi keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Saat 20:50-də başlayacaq tədbir mətbuat nümayəndələri üçün açıq olacaq. İştirak etmək istəyən KİV nümayəndələrinin Peşəkar Futbol Liqasının akkreditasiya vəsiqələrini gətirməsi vacibdir. Akkreditasiya vəsiqələri olmayan mətbuat əməkdaşları tədbirə buraxılmayacaq.

Qeyd edək ki, mükafatlandırma mərasimi “CBC Sport” telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"