Klub prezidenti "Qarabağ"ın yeni transferi haqda nə dedi?

11 İyun 2020 18:34 Qarabağ 774
Klub prezidenti "Qarabağ"ın yeni transferi haqda nə dedi?

Portuqaliyanın I liqasında mübarizə aparan "Şaveş"ın prezidenti Fransisko Joze Karvalyu komandanın futbolçusu Kevin Medinanın "Qarabağ"a keçəcəyini təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, funksioner yerli Sinal TV-yə açıqlamasında kolumbiyalı müdafiəçinin Ağdam təmsilçisi ilə müqavilə imzaladığını bildirib.

Amma klub prezidenti "Qarabağ"ın bu transfer üçün nə qədər ödədiyini açıqlamayıb: "Artıq hər şey tamamlanıb. COVID-19 pandemiyasına görə beynəlxalq uçuşlar olmadığından, futbolçunun yalnız tibbi müayinədən keçməsi qalıb".

Daha əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 27 yaşlı müdafiəçi ilə anlaşdıqlarını söyləyib.

Karyerası ancaq Portuqaliya klubları ilə bağlı olan Kevin Medina 2019-cu ildən "Şaveş"də çıxış edir. O, cari mövsüm 11 oyunda meydana çıxıb. Medinanın "Qarabağ"la 3 illik müqavilə bağlayacağı gözlənilir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"