"Qarabağ" 2-2,5 milyon manat az xərcləyəcək – YENİ XƏBƏRDARLIQ

28 May 2020 14:50 Qarabağ 835
"Qarabağ" 2-2,5 milyon manat az xərcləyəcək – YENİ XƏBƏRDARLIQ

Azərbaycanda daha bir klubun büdcəsi azaldılacaq.

Sportifno.az-ın məlumatına görə, koronavirus pandemiyası bu dəfə «Qarabağ»ı təsir dairəsinə salıb.

Belə ki, Ağdam klubu yaranmış durumla əlaqədar büdcəsini yenidən nəzərdən keçirmək məcburiyyətində qalıb. Sponsoru tərəfindən Azərbaycan çempionuna ayrılan vəsaitin təqribən 2-2,5 milyon manat aşağı çəkilməsi gözlənilir.

Baş məşqçi Qurban Qurbanov artıq bundan şifahi şəkildə məlumatlandırılıb. Bu isə o deməkdir ki, «köhlən atlar» transfer bazarında məhdudiyyət hiss edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"