"Qarabağ"dan qolunu saymayan hakimə etiraz - FOTO

29 Fevral 2020 20:13 Qarabağ 985
"Qarabağ"dan qolunu saymayan hakimə etiraz - FOTO

"Qarabağ"ın kapitanı Rəşad Sadıqov və Qara Qarayev Azərbaycan Premyer Liqasının 19-cu turunda "Sabah"la oyundan (0:0) sonra hakimin qərarlarına etiraz ediblər.

Sportinfo.az xəbər verir ki, əsas etiraz Ağdam klubunun 90-cı dəqiqədə vurduğu qolun qeydə alınmamasına görə olub.

Bundan başqa, hakimin digər qərarları da komandanın futbolçuları narazılıqla qarşılaşıb. Bu etirazlara görə baş hakim Elçin Məsiyev Q.Qarayevə sarı vərəqə göstərib.

Oyunun gedişatında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov da bir neçə dəfə köməkçi hakimə etiraz edib.



Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"