Riçard Almeydanın yeni klubu - ÖZÜ PAYLAŞDI

21 Yanvar 2020 18:35 Qarabağ 1 732
Riçard Almeydanın yeni klubu - ÖZÜ PAYLAŞDI

Qış fasiləsində "Qarabağ"dan ayrılan Riçard Almeyda karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bununla bağlı "instagram" səhifəsində video paylaşıb. Futbolçu videoda hansı ölkədə olmasını göstərməsə də, ətrafdakı böyük tikililərin üzərində ərəb hərfləri ilə yazılmış sözlər diqqət çəkir.

Əbu-Dabidə olan oyunçunun yerli "Bani Yas" klubuna keçəcəyi gözlənilir.

Almeyda "Qarabağ"la yeni müqavilə imzalamaq üçün klubdan illik 650 min dollar tələb etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"