"Beqoviçlə bağlı vəziyyət dəyişə bilər" - BAŞ MƏŞQÇİ

11 Yanvar 2020 12:05 Qarabağ 1 145
"Beqoviçlə bağlı vəziyyət dəyişə bilər" - BAŞ MƏŞQÇİ

"Bornmut"un baş məşqçisi Eddi Hou Asmir Beqoviçin komandada qalmaq şanslarını dəyərləndirib. Sportinfo.az xəbər verir ki, britaniya mətbuatına danışan mütəxəssis bosniyalı qolkiperin hazırlıq səviyyəsindən razı olsa da, gələcəyi haqda dəqiq söz deməyib:

"Beqoviç komandamıza qayıdıb. Bizimlə 3-4 gün məşq edib. Həqiətən yaxşı təsir bağışladı. Ondan razıyam. O ki qaldı Asmirin mövsümün sonuna kimi "Bornmut"da qalması məsələsinə, açığı, bilmirəm. Düşünürəm ki, bu vəziyyətdə hər şey dəyişə bilər. Hazırkı məqamda isə o, komandamızın bir hissəsidir və çox yaxşı məşq edir".

Qeyd edək ki, Beqoviç mövsümün ilk hissəsini icarə əsasında "Qarabağ"da keçirib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"