"Qarabağ"ın keçmiş futbolçusu Yaponiyaya yollandı

8 Yanvar 2020 12:43 Qarabağ 1 125
"Qarabağ"ın keçmiş futbolçusu Yaponiyaya yollandı

"Qarabağ"ın sabiq futbolçusu Tarik Elyunussi karyerasını Yaponiyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, İsveçin AİK klubu ilə müqaviləsi başa çatan futbolçu Asiyaya üz tutub. Mərakeş əsilli norveçli vinger Yaponiyanın yüksək liqasında çıxış edən "Şonan Belmare" klubu ilə anlaşıb.

31 yaşlı futbolçu 2017/18 mövsümündə "Olimpiakos"dan "Qarabağ"a icarə əsasında keçmişdi. O, Ağdam klubunda 6 ay ərzində 4 oyun keçirmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"