Qurban Qurbanovun oğluna xorvatlardan müqavilə təklifi

3 Yanvar 2020 18:32 Qarabağ 2 185
Qurban Qurbanovun oğluna xorvatlardan müqavilə təklifi

Qış fasiləsində “Qarabağ”ı tərk edəcəyi gözlənilən daha bir futbolçu Musa Qurbanlıdır.

Baş məşqçi Qurban Qurbanovun oğlu olan istedadlı hücumçunu heyətində görmək istəyən Premyer Liqa təmsilçiləri arasında “Sumqayıt”, “Zirə” və “Səbail” var.

Yüksək hədəflər uğrunda mübarizə aparan ağdamlıların heyətində yer almaq Musa üçün çətin görünür. Maqaye Geye ilə Mahir Əmrəli varkən, çempionluğu hədəfləyən Qurban Qurbanov, çətin ki, elita təcrübəsi olmayan övladına şans versin.

Ən uğurlu seçim Qurbanlının bir müddət başqa komandalarda çıxış edib, tədricən təcrübə toplamasıdır. Bu səbəbdən gənc futbolçunun adları çəkilən komandalardan birinə icarəyə verilməsi kifayət qədər inandırıcı görünür.

Sportinfo.az-ın məlumatına görə, “Sumqayıt” və “Səbail” Musanı heyətinə qatmağa daha yaxındır. Qurban Qurbanov onun yaydan sonra ümumiyyətlə, Azərbaycanı tərk etməsini planlaşdırıb.

Zaqreb “Dinamo”su apreldə 18 yaşı tamam olacaq forvardı diqqət mərkəzinə alıb. Xorvatiya klubu gənc hücumçuya görə 4 illik müqavilə təklif edib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"