Medvedev "Sevilya"ya qarşı oynaya biləcək?

18 Noyabr 2019 19:07 Qarabağ 610
Medvedev "Sevilya"ya qarşı oynaya biləcək?

Azərbaycan millisinin məşqində zədələndiyi üçün heyətdən çıxarılan kapitan Maksim Medvedev10 gün yaşıl meydanlardan kənar qalacaq.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı müdafiəçi yığmanın Uelslə oyunöncəsi ilk məşqində ayaq əzələsini dartıb.

“Qarabağ”lı noyabrın 22-də Premyer Liqanın XII turunda “Sumqayıt”la səfər görüşünü buraxacaq. Onun noyabrın 28-də Avropa Liqasının qrup mərhələsinin V turunda “Sevilya” ilə İspaniyadakı matçda forma geyinməsi də sual altındadır.

Digər Xəbərlər
Xəbər Lenti