"Qarabağ"ın qapıçısının "Çelsi"də oynadığını bilmirdim"

7 Noyabr 2019 15:18 Qarabağ 668
"Qarabağ"ın qapıçısının "Çelsi"də oynadığını bilmirdim"

"Düdelanj"nın futbolçusu Antuan Bernye evdə İspaniya "Sevilya"sına qarşı keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından öncə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, 22 yaşlı hücumçu II turda "Qarabağ"a vurduğu qolu da xatırlayıb. Oyunun sonlarında komandasının yeganə qolunun müəllifi olan belçikalı oyunçu Ağdam təmsilçisinin məşhur qapıçısı Asmir Beqoviç barədə məlumatının olmadığını sözlərinə əlavə edib:

"Beqoviçin "Stok Siti" və "Çelsi"də oynadığını bilmirdim. Ona qol vurmaq yaxşı hissdir, amma çalışmağa davam etməli və başqalarını da məyus etməliyik. Arzum İngiltərə Premyer Liqası, İspaniya La Liqası və Belçika çempionatında oynamaqdır".

Bernye "Sevilya" ilə görüşün çox çətin olacağını da vurğulayıb: "Biz oyunçular inanırıq, amma çətin olacağını bilirik".

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"