"Qarabağ"ın qapıçısı Nikosiyada kiminlə görüşdü? - FOTO

7 Noyabr 2019 13:45 Qarabağ 813
"Qarabağ"ın qapıçısı Nikosiyada kiminlə görüşdü? - FOTO

“Qarabağ”ın qapıçısı Vaqner da Silva Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində APOEL-ə qarşı keçiriləcək oyundan bir gün öncə xoş sürprizlə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, hazırda Kiprin birinci divizionunda mübarizə aparan “Diqenis Akritas” klubunun müdafiəçisi Joao Leonardo Reqinato “Qarabağ”ın qaldığı otelə yollanıb və Vaqnerlə görüşüb.

Hər iki futbolçu bir-birə forma hədiyyə edib. Vaqnerlə Reqinato vaxtilə “Atletiko Paranaense”də birlikdə oynayıb.

Vaqner 2005-2009-cu illərdə, Joao isə 2005-2008-ci illər arasında Braziliya klubunun şərəfini qoruyub.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"