“Qarabağ” Mbappenin 60 milyonluq tanışını yola salmaq istəyir - SON DƏQİQƏ

8 Avqust 2023 15:00 Qarabağ 18 560
“Qarabağ” Mbappenin 60 milyonluq tanışını yola salmaq istəyir - SON DƏQİQƏ

"Qarabağ" bu ilin yanvarında heyətinə qatdığı Adama Diakabi ilə yollarını ayıra bilər.

Azərbaycan çempionu performansını heç cür qaydasına sala bilməyən fransalı vingerlə vidalaşmaq niyyətindədir.

27 yaşlı legioner 7 aydan çoxdur düşərgədə yer alsa da, əsas heyətə düşmür. Bu da onun tez-tezi zədələnməsiylə əlaqədardır.

Son müayinələr göstərib ki, Diakabinin ayağından aldığı zədə xronikidir və tam formaya düşməsinə mane olur.

“Köhlən atlılar” fransızla 2025-ci il iyunun 30-dək müqavilə imzalayıb. Hazırda menecerər ona yeni komanda axtarışındadır.

Real müştəri olsa, ayrılıq avqustun sonunadək rəsmiləşəcək. Əks halda, bu məsələ yeni il öncəsinədək uzanacaq.

Vaxtilə ”Monako”da Kilian Mbappe ilə çiyin-çiyinə çıxış etmiş və transfer qiyməti 60 milyon avroyadək yüksələn Diakabi məşqçilərin ondan narazı olmasından xəbərdardır.

Lakin gileyli reaksiyala hələ nəsə demir. Başa düşür ki, problem özündən qaynaqlanır. Sadəcə, o, yenə də oynamaq istəyir.

Adama Diakabi Fransanın U-21 millisinin şərəfini qoruyub. Ölkəsində "Kan", "Renn", "Monako" və "Amyen", eləcə də İngiltərədə "Haddersfild" və "Nottingem Forest"in də formasını geyinib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti