Rusiya klubu Kadiyə görə bu qədər pulu hələ ödəyə bilmir…

23 May 2023 14:00 Qarabağ 5 679
Rusiya klubu Kadiyə görə bu qədər pulu hələ ödəyə bilmir…

«Krasnodar» Kadi Borgesin transferinə görə «Qarabağ»a ödəməli olduğu təzminatı gecikdirib.

Bu, Rusiya klubunun son vaxtlar üzləşdiyi maliyyə çətinliyi ilə əlaqədardır.

UEFA-nın qoyduğu qadağa üzündən, ökənin digər təmsilçiləri kimi, «Krasnodar» da müəyyən dərəcədə maddi itkiyə uğrayıb.

Xərcləri artan vilayət komandası mayın əvvəlində Azərbaycan çempionuna 2 milyon avro köçürmə etməli olsa da, əməliyyat ayın sonuna qalıb. Hər halda ruslar indi də «köhlən atlılar»a belə vəd verib.

Braziliyalı legioner bu ilin yanvarında 5 milyon avro qarşılığında satılıb.

Tərəflər arasında anlaşmaya əsasən, kompensasiya iki dəfəyə ödənilməlidir. «Krasnodar» 3 ay qabaq üç milyon avronu «Qarabağ»ın hesabına yatırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"